Məni fikirli görsən
Məni fikirli görsənDemə ki, bir qəmim var.Mən vəcd aləmindəyəm,Əlimdə qələmim var.
Məni fikirli görsənDemə ki, möhnətdəyəm.Sükutuma toxunma!Xalqımla söhbətdəyəm.
Əynimi sadə görsənDemə kasaddır əlim.Mənim başqa geyimim,Bəzəyim var, gözəlim!
Süfrəmi sadə görsən,Utanma nemətlərinOrda az-çoxluğundan.Sənin nə xəbərin var:Qələm sahiblərininMənəvi toxluğundan.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-meni-fikirli-gorsen
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Gəraylı: Xəbər olsun yar-dosta
Xəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
RübailərBu kuzənin torpağı alınmış el bağından,Bəlkə də o yapılmış gözəllər torpağından.
EyləsinDuman, gəl get bu dağlardan,Dağlar taza bar eyləsin.
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum