Üfüqlərdən ay nur səpir gümüşü,Nə parlaqdır dodağının gülüşü.Gül üzünə bir ay baxır, bir də mən.O, göylərdə layla çalır, yerdə mən.Xoş laylamla xumar-xumar yat, bala.Qənd bala, nabat bala.Külək qonub pəncərəyə astadan,Qulaq asır bu laylama, balacan.Yastığına ətir səpir elə bil,Yanağından gəlib öpür elə bil.Xoş laylamla xumar-xumar yat, bala.Qənd bala, nabat bala.Ana qəlbi bulaq suyu kimidir,Ana səsi ürəklərin simidir.Sonbeşiyim, ey ömrümün son barı.Sənsən ana həyatımın baharı.Xoş laylamla xumar-xumar yat, bala,Qənd bala, nabat bala.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring