Dan yerinə səda düşür,Gur maşınlar hey ötüşür.Səni görcək usta keçir,Yavaş sürür, asta keçir.

NəqarətVaxt gözləmir yol bələdçim,Mavi işıq yandır – keçim.Ey şirindil müfəttişim,Avtomobil müfəttişim.

NəqarətGecə keçir, əsir külək,Sən ayıqsan keşikçitək.Sənsiz cəfa çəkə bilər,Hər qəzadan bizim şəhər.

NəqarətEy sürücü, ey piyada,Bərk ayaqda yetiş dada,Ona sadiq köməkçi ol,Sənindir yol, mənimdir yol.

Nəqarət

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets