Öyrən mənsiz yaşamağa,mənim gülüm.Bir az mənsiz yaşa daha,mənim gülüm.

Bu həyatdahər kəsin öz həyatı var,hər dildə bir bayatı var.Bəlkə də hər bayatıdabir torpağın fəryadı var.

Amma nə qəm əbədidir,nə də sevinc,sevinc qəmə hamilədir, –bu hikmətdir, demə nədir.Deyirik ki, “həyat bizik”,amma bəzən biz həyatdanxəbərsizik.Guya hər şey apaydındır bizim üçün,fəqət sonrayaman olur yaxşı, bir gün,soyuq olur isti, bir gün,Dünya özü xoşdu bir gün,pisdi bir gün.

Darda kömək, –insanın öz inamıdır,bu mənim yox,müdriklərin kəlamıdır.

Külək gördüm,yağış gördüm həyatımda,necə alqış eşitdim mən,qarğış gördüm həyatımda.

Salam veribəleyhimə danışdılar,ilhamıma qarışdılar.Mən bərkidim,sən bəlkə də itirərdin inamını,itirərdin məramını,lap adicə salamını.

Bu həyatdır, sərtdir üzü,Sınaqlardan keçiririkömrümüzü-günümüzü.Öyrəş mənim sağlığımdabir az mənsiz yaşamağa,bir az mənsiz yaşa daha,mənim gülüm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets