"Kimin sualı var?" – yazmışdım o vaxt, cavabı özümdən istəyirdilər
(Bir vəzifəliyə)
Eşitdim, o deyib, sən dinləyibsən,bir xoş üz gözləyib o dəmdə səndən.Amma soyuq baxıb qəlbə dəyibsən,bunu gözləməzdim ömrümdə səndən.
Əhdə, sədaqətə o, bel bağlayıb,ona təsəlliydi sənlə bu görüş.O deyib sözünü, sonra ağlayıb, –qadın ürəyidi özün başa düş.
Uzun gecələrdə qalmışdım oyaq,məni budaq kimi bərk əyirdilər."Kimin sualı var?" – yazmışdım o vaxt,cavabı özümdən istəyirdilər.
Fərəh istəyirdim, sındı vüqarım,tək qaldım səhrada, yol qırağında.Qurdu məhkəməmi "qələm dostlarım", –O vaxt Yazıçılar İttifaqında.
Qalxdı kürsüsündən bir laureat,öz doğma dilində yazmayan ədib.– Əsər gərəklidir, amma gəl anlat, –birinci katibdi burdakı hədəf.
Qalxdı o biri də, ayağı şikəst,sonra şeir yazdı alt-altda, sərbəst!Mavi ekranda da tərif dedilər,ölənda evindən götürmədilər.
– İttifaqda rəhbər... bu mənəm hökmən,Katibə qohumam arvad tərəfdən.
"Aldığı arvada ərə gedənlər,sizə kiçik olsun, bizə də rəhbər".
Bu mənəm, mənimdi burdakı surət...Deyirdim yozmayın, başqadı söhbət!"Bu nədir, bəs bu nə?..."sualları çox,üstümə yağırdı istehza, gülüş.
O zaman yaxşı ki, otuz yeddi yox,ya səksən ikiydi, ya da səksən üç.Filankəs, filankəs, bir də filankəs,hələ filankəs də ordaydı, qərəz.
Yanına gəlmişdi sənin, o zalım!ayağa qalxaydın gərək o dəmdə.Millətin ən gözəl qızıydı gələnfilan vəzifədə sənsə – bir gədə!
Onda başım üstən yellər əsirdi,onda çəkilmişdi, çoxu qınına.Arxa axtarırdı, kömək gəzirdi, –o dəmdə gəlmişdi sənin yanına.
Uzun gecələrdə qalmışdım oyaq,məni budaq kimi bərk əyirdilər."Kimin sualı var?" – yazmışdım o vaxt, –cavabı özümdən istəyirdilər.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-kimin-suali-var-yazmisdim-o-vaxt-cavabi-ozumden
Use ← → keys to move, R for a random poem