Əli bala
Uğuruma gəlib çıxdım,sənə qurban, Əli bala.Səni görüb xoşbəxt olsunAtan-anan, Əli bala.
Dar günümdə çatdın dada,qoymadın əl açım yada.Görməmişdim həyatımdabelə tufan, Əli bala.
Bir həkimdən uzaq qaçdım,o birinə ağız açdım.Elə yandım, elə çaşdım,əsdi xəzan, Əli bala.
Tale məni saldı dala,yaman düşdüm haldan-hala.Bu yaşda bu qeyli-qaladözmür insan, Əli bala.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-eli-bala
Use ← → keys to move, R for a random poem
More by this author
Bir şeir oxudum... mənim şerimidinlədi sonuncu misraya kimi.
VarÇıxmaz, çıxa bilməz də bu adət başımızdan.*M.Ə.Sabir*
Aspirant dostum Abdulla Abbasovun qızınaA qızım, gülüşün necə təmizdi,bu necə tilsimdi, bu necə ovsun?
Qurban Pirimovun xatirəsiÖzünün yasında o tar çalırdı,qatarından qalan “Qatar” çalırdı.
Poems by other poets
Sinəm sızıldayır masadan ötrüKönlüm – neçə sözün qəbristanlığı.
ادرلی راح توحید الا یا ایها الساقیارحنی ساعه عنی و عن قیدی و اطلاقی
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
Ey fələk, netdim həmişə gözləyib azanmıEy fələk, netdim həmişə gözləyib azanmı,Dil evin ğarət qılıb pozdun rüxi-bazanmı.