Uzunsaçlım,“qaçqınım”,“köçkünüm” elə durma.Boynuyoğunlar görüb,durna boynunu burma.

Səni gözlətdirirsəqəbul otaqlarında, –icra hakimi quldu,polis rəisi gədə!

Ünvanın ermənidə –evin, bağın, kilidin.Qapının açarıdıgötürüb gətirdiyin.

Qurulu bir ev veribbir ad aldın: “Didərgin”.

Burda Bakı sənindi,orda Füzuli sənin.

Burda bazar bahadı,hələ çörək növbəsi.Bazar alverçisidi,siyasət alverçisi.

İnsaf elə zülümkar,bəs deyilmi əzabı, –səngər-səngər qaçanıqovdurma qapı-qapı.

Qoru ləyaqətini,uzunsaçlı sənindi.Özü dünya gözəli,adı “qaçqın” sənindi.

Nə Bosniya qaçqını,nə İraq, nə Fələstin.Erməninin əlindənüstünə qaçıb sənin.

Arzum, Laləm, Zeynəbim,Nəsibəm... elə durma.Sənə qurban qələmim,vəzifəm, elə durma.

Səni gərək dinləyən,səni söyləyən olsun.Ər itirdin, ər bacım,tapdığın vətən olsun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets