Tehranda Azərbaycan səfirliyi, Üçrəngli bayrağımız
Səni qaldıranacan,can verdik, nə qədər can.Məzar-məzar gətirdik,səngər-səngər ötürdük.Belimizə bağladıq,qoynumuzda saxladıq.– Bir kərə qalxan bayraqbir daha enməz, – dedik.Millətin andıydı bu,bu andı dinməz dedik.Bir bayraq qalxsın deyə,milyon əl qalxdı göyə.O gün göründü vətən,dünyanın hər yerindən.Görmədi bu günləri,Qarabağ şəhidləri,
Səttarxan, MəmmədəminBu da sənin taleyin.Allah, Allah bu bina,bu binada bu bayraq,necə əzizdir Allah!Tərcümə olunacaqrusun, farsın dilləri,Sərhəd boyu ləkələr.Bu bayrağın dilindədanışacaq ölkələr.Tehran... bizim səfirlik! –dünya mənə sirr gəlir.Qalx ayağa, şairim,görüşə səfir gəlir!
fevral, 1993
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-tehranda-azerbaycan-sefirliyi-ucrengli-bayragimiz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Müsəlsəl zülfdür çin-çin olub dilbər kənarında,Və ya ənbər saçılmış yari-siminbər kənarında.
SaldınQanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Khosrow and Shirin, chapter 87نکیسا چون ز شاه آتش برانگیختستای باربد آبی بر او ریخت