Qonşular evini kirayə verdi,dinlər dilimizə min ayə verdi.Torpağı xan aldı, xan bəyə verdi,bəylərə, xanlara baş əyməlisən.

Taleyin nə deyib, yazan nə yazıb,doğru söz deyibsən, kim qulaq asıb?Ayağından çəkib, başından basıb,başa çıxanlara baş əyməlisən.

Zəmanə qoçular zəmanəsiymiş,seyidlər, hacılar zəmanəsiymiş.Dərvişlər, falçılar zəmanəsiymiş,nəzir yığanlara baş əyməlisən.

Nəriman, nə qədər can var canında,zəiflik, soyuqluq yoxdu qanında.Yerin var Şəhidlər xiyabanında,qanı axanlara baş əyməlisən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate