Qabaqda yaş var...
İkimiz üz-üzə – sevinc ilə qəm.elə hey deyirəm bir dinlə məni.Gözlərin nə deyir, başa düşürəm,niyə çaşdırırsan dilinlə məni.
Sən olan dünyada başqadı dünyam,məhəbbət göz ilə, qaş ilə deyil.Yaşca böyük ikən uşaq oluram,görünür, böyüklük yaş ilə deyil.
Gözünlə həmreysən, dilinlə yadsan,biri doğmadırsa, o biri yaddır.Gah bərksən daş kimi, gah amanatsan,bəlkə qadınlarda bu, ehtiyatdır?
Nəfəsin ətirli, özün təzə-tər,uyuyur qoynunda yaz ilə bahar.Sən məndən özünü gözlədin, yetər,özündən gözlə ki, qabaqda yaş var...
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-qabaqda-yas-var
Use ← → keys to move, R for a random poem
More by this author
himn*Hər millətin, hər torpağın öz adı var, öz ünvanı,
ƏbədiyyətZərifa Əliyevanın xatirəsinə*Sükut içindədi muzey qəbristan,
“Ağlağan”“Yandıran bilirdim, yanan bilirdim,*Mən belə ağlağan bilməzdim səni”.*
Dərddi ki, dərdlinin yoxdu yiyəsiSənin dərdin alım, “nisyə dərd” dedin,gözündən oxudum: çəkənə yazıq!
Poems by other poets
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
TuranSizlərsiniz, ey qövmi macar, bizlərə ihvan,Əcdadımızın müştərəkən mənşəyi Turan.
ZəmanəmiTitrəyir əllərim, tor görür gözüm,Mənmi qocalmışam, ya zəmanəmi?
AY HARAY!AY HARAY!Ay haray, bir neçə şair, neçə şair kimilər