Qıza “beş” düşür
Bir dünya gözəli, bir adı pünhangörüşə qaçırdı əlində dəftər.Bir vaxta düşmüşdü görüş, imtahan;orda da, burda da gözləyirdilər.
Müəllim, rəhm elə çıxsa yadından,bir az fikirləşsə, bir az macal ver.O da imtahandı, bu da imtahan,məhəbbət fənnindən qıza sual ver.
Elə məqam düşüb, o ürək açıb,Çəmənə iz düşür, izə şeh düşür.Bəlkə taleyinin dalınca qaçıb,qız “üç”ə danışsa, qıza “beş” düşür.
Səadət diləyək gərək o qıza,göz nurla sevinsin, ürək eşq ilə.Oğlandan “beş” alıb, səndən “üç” alsa,nuş olmaz müəllim, “üç”ü “beş” eylə.
O da imtahandı, bu da imtahan;demə orda bilən, burda bilməyir.Eşqin pedaqoji qanunlarındanSizin fakültədə dərs keçilməyir.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-qiza-bes-dusur
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Müshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
OlsunMəni yardan ayrı salan,Görüm üzün siyah olsun
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum