Bir şəkil çəkdirdik...nümayəndələr!...filankəs, filankəs, bir də filankəs.Mən keçdim arxaya, kimsə inciyər,mənim anam ölsün, xətrimə dəyməz.

Baxışlar, duruşlar, münasibətlər...burda bir qoltuğa qısılmışdılar.İnsan cilidində bu boş səbətlər,elə bil dirəkdən asılmışdılar.

İstədim xəlvəti aradan çıxım,şəkildə boş qoyum arxa yeri də.Baxdım, səbətlərə,gəldi yazığım, –gördüm boş səbətin mənəm biri də.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets