Rüstəm Rüstəmzadə bəstələmişdir

Mən görüşə gedirəm,Məni bir qız gözləyir.Gün əyilir, yel əsir,Yarpaq yarpağa dəyir.Məni bir qız gözləyir.Tələsirəm... bilmirəm,Hey, niyə tələsirəm...O qızın gülüşünügörməyə tələsirəm...Çənəsindən, üzündənöpməyə tələsirəm.Dəyişmərəm mən onudünyada heç bir qıza.Gözü moruğa bənzər,ətri təzə yarpıza.Elə ki, axşam olur,yarpaq yarpağa dəyir;bir bağçada hər axşamo qız məni gözləyir.Mən görüşə gedirəm;Balam məni gözləyir,Qızım məni gözləyir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets