Sən yaşa
Səni daş eylədiləro daşa qurban olum.Qızın “Ana” çağırır, –anaşa qurban olum.
Ağrısan ağrıyardım,yaranı sarıyardım.Saçını darayardım,o saça qurban olum.
Ürəyimdə söz qalıb,külün altda köz qalıb,baxa-baxa göz qalıb, –göz-qaşa qurban olum.
Baxan baxır yan gedir,gələn pərişan gedir.Daş qalır, insan gedir,Sən yaşa, qurban olum.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-sen-yasa
Use ← → keys to move, R for a random poem