Haqqın çatarmı
Məndən inciməyə haqqın var sənin,bəxtdən inciməyə haqqın çatarmı?Özün ovsunladın göz bulağımı,göz yaşı içməyə haqqın çatarmı?
Sənsiz, səndən ötrü nəzir vermişəm,könlümü könüllü əsir vermişəm.Sənə candan qabaq mən sirr vermişəm,o sirri açmağa haqqın çatarmı?
Məcnun Leyli deyib dağı dolaşır,dildə bal, ağızda ağı dolaşır.Nəriman fikirli, ahlı dolaşır,tək qoyub qaçmağa haqqın çatarmı?
12.01.98
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-haqqin-catarmi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Göndərib lütflə,ey dil,mənə dilbər kağız,Könlümün zülmətini eyləyib ənvər kağız.
VəsiyyətVurma əl türbətimə, türbəti-Adəm də mənəm,Nə o dünya, nə bu dünya, iki aləm də mənəm.
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
Yaşat məniBu dünyada qurmaq çətin, yıxmaq asan,Bir təkanla dağ yıxılar, yıxan olsan.