Ramiz Mustafayev bəstələmişdir

Yenə səsin gəldi qulaqlarıma,həyata, dünyaya minnətdaram mən.Sən orda pıçılda, eşidim səni,özgəsi çağırsa, ona karam mən.

Sən açdın bir qəlbin məhəbbətini,mən duydum bir ömrün səadətini.Sənsiz hər sözünü, hər söhbətini,sənsiz hər odanı xatırlaram mən.

Mənim bu aləmdə öz aləmim var,sənlə sevincim var, sənsiz qəmim var.Dünyadan qazancım bir qələmim var,sənin xidmətində varam, varam mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets