Almas İldırımın adına küçə! –keçirəm, ildırım içimdən keçir.Bu necə millətdi, ilahi, necə?ocağı söndürüb külə and içir.

Natiq əl-qolunu yelləyir yenə,hər sözü “mərmidir”, “güllədir” yenə.Lenin Sarayında əl gedir yenə,hakim fərman verib, kölə and içir.

Özgəni doyurub ac qaldı vətən,meydana axışır ölkə yenidən.Əsrin əvvəlində inqilab edən,əsrin axırıdır... hələ and içir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland