Deyirlər tanış ol...
Elə dayanırsan, elə baxırsan,elə bil qarşında quru bir daşam.İpək saçlarını öpüb oxşayanelə bil hardasa mən olmamışam.
Səni dostlarımla, tanışlarımla,mən tanış edərdim nə vaxtsa bir-bir.İndi özgələri yad ehtiramladeyirlər tanış ol...Nə qəribədir?
Yuxuda görərdin nə vaxtsa hər dəm,yolumu gözlərdin yollardan uzaq.Mən sənin yuxundan çıxıb gəlmişəm,bu da bir yuxudur, gəl tanış olaq.
Qoluna girərdim... bu, yadındadır,gedərdik... yolumuz, arzumuz şərik.Qolum qollarının lap yanındadır,toxunsa, biz indi üzr istəyərik.
Hayanda oldumsa səhər, ya axşam,aradın sən məni, gördün sən məni.İndi gözlərinin qabağındayam,hayanda durum ki,görəsən məni?
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-deyirler-tanis-ol
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
İnildər bir qız XirosimadaBir il...
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Ey dil, barı meyxanə sarı bir güzər eyləEy dil, barı meyxanə sarı bir güzər eyləGör məstlərin haləti-vəcdin, nəzər eylə.
Millət qurban desə, siz məni kəsinAldım məktubunu, bil Mahmud ağa,Layiq deyil səni tutam qınağa.