Xirosimada məktəbsiz uşaq
İnildər bir qız XirosimadaBir il...İki il...İllər...Bu nə tükənməz ağıdır.O qız-Bir həşəm sevincli,Topdağıtmaz qranit kədərli,Söndürülməz alov qəzəbliAnanınGözlərinin qarasıdır, ağıdır.O, xəyala dalıncaParçalanmış könlü uçurMəktəbli uşaqların dalınca.Könlü gah düşürDaşlar üstəƏldən sürüşmüşÇantatək.Qayıdır geri kövrək,Küsür,Qalır canda tək.Eşidir zəngi birdən
Yenə uçur məktəbə,Açılır jurnaldakıBirinci səhifə.Niyə cavan müəllim yenə dəYol verdi səhvə?!Ağlağan könlün adıJurnalda yoxdur yenə,İşlər düşməyir yönə.Neçə il bir sinifdə qalırQızın ürəyi,Ürəklərin kövrəyi.Neçə il bir sinifdə,Bir arzuda,Bir yaşda.Bu il o, yaşıd deyilKeçənilki yaşıda.Bu il doğulan uşaqGəlib onu keçəcək.O isə bir pərişanDidərgin.MüəllimsizVə sevgisiz,İstəyin salxaq, sınıqQanadında dünyadan nakam-nakamköçəcək,Könül, neçə il olarArzu ləpədöyəni?Kim unudarBu qızın istəyini?İllər, aylar bu qızdan uzaq keçir,Yan keçir.Partla!Alış! Yan! Keçir!Qız ümidlə, qız qəmləAz qalır partlayası,Ümidsizliklə doluTamam dolu sükutun qoynunda
Nə danışar, nə dinər.Gah ucalar ümidin orbitindən keçib,Gah da ümidsizliyin,Qəmin təkinə enər.Ona dərman verərlər,Dərman xəstələnər.Sənin loğmanın olam,Mənim məktəbsiz balam.
Kitabxana.az · https://kitabxana.az/en/works/eli-kerim-xirosimada-mektebsiz-usaq
Use ← → keys to move, R for a random poem