Kürə baxdım, axır yavaş-yavaş,Artırmadan sürətini.Plyaj fotoçuları kimiÇəkə-çəkə hamımızın surətini.Birdən heyrət aldı məni,İndiyəcən elə bilirdim axı,Kür bir tərəfə axır.Gördüm,yanlarda burulubGeriyə dönən dalğalar da var.Mənbələrindən ayrıldığmaPeşman kimiXeyli dala axır onlar.Duranları da varNəfəs dərirmiş kimi,Ya da,Dostlarına "keç-keç" deyəNəcabət göstərirmiş kimi.Göl də var:Özü su, sahili su.Elə yerləri də var ki,Dalğalar köpük yallı;verib əl-ələ dövrə vururlar,gedirlər yallı.Elə yerləri də var ki,sanki nəsə görünməz bir şeyburula-burulasancılır suya.Suda yekə bir qıf yaranır,Sanki baş vurmaq üçünYer açırGünəşə,Aya.

Baş vurdum sulara.Duydum altda başqa axar var,daha soyuq,daha iti.Artdı qəlbimin heyrəti.Altda da başqa Kür.İrəliyə,geriyə axan Kür.Oynayan Kür,duran Kür.Kür neçədir,Kür nə gözəl görünür.Könlümdə ləbələb bir heyrət.Salam, Kürüm,Səni olduğun kimiGördüm, nəhayət!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets