Nə bu dərd gərəkdir uşaqlar üçün,Nə də aramızda bu narazılıq.Biz dərdin,kədərin özündən belə,Onlara səadət yaratmalıyıq.Onlar uşaqdırlar, nə veclərinə,Görüşdük harada,Nə zaman niyə?!Nə üçün bir səhər mən aşiq oldumKönlümü yandıran bir gözəlliyə?Ayrılıq onlara bir məzuniyyət,Gedərəm,dönərəmyenə də geri.Amma məzuniyyət qurtarmayandaÇəkilməz yollardan həsrət gözləri.Çəkər məzuniyyət,qırılar ya da,Haqlayar sizləri soyuq bir xəbər,Ya da ki onların toyuna bir gün

Toya çağrılmamış bir qoca gələr.Baxıb tanıyarsan,gözünə o vaxtİndidən dəyərsə xırda bir əsər.Bəlkə də qəlbinə yaylıq hənirliÇox xəfif,çox zəif bir külək əsər.Bir kəs də bilmədən oğurlayaramBir az uşaqların səadətindən.Sonra yavaş-yavaş çıxıb gedərəmÇox uzaq, çox uzaq qonaq kimi mən...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets