Otağı doldurub yenə tənhalıq,Bir udum havaya yer qoymamışdır.Saatın cansıxan tıqqıltılarıKönlümə tökülən soyuq yağışdır.O gözəl gələrsə,Gülərsə bir gün,Otağı günəşlə, sevinclə bəzər.Dərdsə,Manejdəki şıltaqlığıyçünSahibdən gizlənən pələngə bənzər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets