Anam,Sapunqaraya analar gəlib ağlar.Göz yaşında islanarBayatılar,ağılar.Köhnə döyüş meydanıdönər qəm meydanına;Güllələrin torpağa sərdiyicavanlarınAnalarını kədərmeydan boyu səpələr.Həşəm olubtorpağa qarışmış oğlanlarınRuhu üstə nə qədərAna fəryada gələr,Bu, onun oğlu üstəağlar öz oğlu bilib,O, bunun oğlu üstəağlar öz oğlu bilib;O birisi bilmədən– Canım,balam, -söyləyərPas atmış bir mərmiyə,Bu birisi bilmədənGöz yaşını sel elərOğlunu ondan almışDüşmən meyiti üstə:– -Ay oğlum,– Oğlum, - deyə.Birisi də: - Ay bala! -Deyib fəğan qoparar,Boş torpağı qucaqlar.Oğullarına dəyən

Neçə ağır qurşunuÜrəyində əridər,Gözlərindən axıdar.Anam,Sapunqarada,Bir də ki, görmədiyimNeçə eldə, obadaAğlar,Analar ağlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice