İrvinq Stonunun "Həyat təşnəsi" əsərini oxuyarkən...

Səhərdən axşamacanGəzdi altında günün;Günəşi görüb, duyub.Fırçasının gücüylədünyada başqa,yenibir Günəş almaq üçün.Yandırdı varlığınıGünəşin hər şüası;qaraldı bət-bənizi.Töküldü dalğa-dalğasinəsinə, başına,Günəşin al dənizi.Qəlbin odu bir yandan,göyün odu bir yandan;qorxmadı,çəkinmədiVan Qoq bu yanhayandan.Baxmayıb qızmar gününalovuna,közünə,yığdı bir ucu göydə,bir ucu yerdə olanqızılı şualarıqabarmış sinəsinə,ürəyinə, gözünə,yapışdı şualardan,Günəşi çəkib-çəkibyerə salmaq istədi.Günəşin qucağındayanıb-yanıb,yaxılmaq,

Günəşin qucağındabir əbədi,vəfalısakin olmaq istədi.Alışdı,yandı Van Qoq.Bir ucu gözlərində,Bir ucu göydə olan,kainatı dolduran,yanğını ərşə dayaqŞüalar arasında,rənglərin əfsanəvi,qarışıq dünyasında.Görənlər düşündülər:"Yazıq bezib həyatdan,öz canına zülm edir".Birdənçökdü Van Qoqunişığa,rəngə hərisalıcı gözlərinəsanki qütbün zülməti.Vurmuşdu məhəbbətinAlovuyla onu gün,qovuşmuşdu Van QoqaBir daha ayrılmamaq,Uzaq olmamaq üçün.Van-Qoq səndirləyərəkəllərini uzatdıGünəşin gecəsinə,zülmətin göylərinə.Günü tutub, oxşamaq,saxlamaq arzusuyla.Yıxıldı sonra gününZülmət ucalığından.Üzünə su səpdilər,sönərmi arzu suyla?

Günəş sönərmi suyla?Yaman yanırdı Van Qoq,Ürəyi hay-haraydaBir günəş alışırdıKöksündə köksü boyda,Üzündə üzü boyda.Qarsımış dodağındanHərdən köz kimi düşənSözündə sözü boyda.Gecə yarıydı artıq...Qurtarmışdı görüşlər,xoş söhbətlər,gülüşlər.Tökülürdü Van QoqunDodağından arabirXırda-xırda günəşlər:– Niyə batdın, ey Günəş?Odun var,işığın yox.Gəl, gözümə düş mənim,Ey ağrısı, -dərdi xoş!Ey yanğısı vəfalı!Ey varlığım!Ey canım!Ey sevimli düşmənim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets