himn

Hər millətin, hər torpağın öz adı var, öz ünvanı,yağılara baş əyməyib Azərbaycan qəhrəmanı.Vahid Vətən himnimizdi Şəhidlərin axan qanı,Nəsillərə yadigardı, zaman yazdı bu dastanı.

Nəqərat: Millətlərə hürriyyəti, istiqlaldı şüarımız,Azadlığı, səadəti qorumaqdı qərarımız.

Respublikam – ana torpaq, qədim Odlar diyarımız!Yaşadıqca – vətənimiz, ölsək – şəhid məzarımız.

Üç rəngdədi bayrağımız, qalxan bayraq enən deyil,mərd oğullar dar ayaqda öz andından dönən deyil.O vətən ki, tapdalanır ayaq altda, vətən deyil,O torpaqda bağ becərsən, ot göyərib bitən deyil.

Nəqərat: Millətlərə hürriyyətdi, istiqlaldı şüarımız,Azadlığı, səadəti qorumaqdı qərarımız.Respublikam – ana torpaq, qədim Odlar diyarımız!Yaşadıqca – vətənimiz, ölsək – şəhid məzarımız.

Ana Kürün, Xan Arazın böyümüşük laylasına,sərvətimiz ayna tutub göy Xəzərin aynasına.Dünya baxsın – tarix olmuş Azərbaycan dünyasına,mübarizə zinət verir ömrün-günün mənasına.

Nəqərat: Millətlərə hürriyyətdi, istiqlaldı şüarımız,Azadlığı, səadəti qorumaqdı qərarımız.Respublikam – ana torpaq, qədim Odlar diyarımız!Yaşadıqca – vətənimiz, ölsək – şəhid məzarımız.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland