Yanaşı getməyimiz elə səadət imiş
Sən burda, mən şəhərdə,hava soyuq, yol uzaq.Evimizdən əzizdirsənin yatdığın otaq.
Dərmanlar – xörəklərin,xalat – təzə paltarın.Həkimlər – əzizlərin,xəstələr – qonşuların.
Sənə xidmət eləmək,burda, xəstəxanada, –alnıma yazılıbmış,qismətim olub o da.
Saçlarını daramaq,sonra paltonu tutmaq,bir az qoluna giribtəmiz havaya çıxmaq...
Mənə sual versələr,deyərdim, həyat nədir.Həyat – həyatda deyil, –sənin gözlərindədir.
Qalxanda yorulursan,yeriş səninki deyil.Özgənin yerişiniöyrənirsən elə bil.
Səadət axtarmışıq,(eh o da bir dərd imiş),yanaşı getməyimizəsl səadət imiş.
Uşağa ana gərək,kişininki qadındı.Yol getsən – o, qüvvətinuçsan – o, qanadındı.Başında tufan olsakişinin –qadın duyur.Fəlakət onu qovur,ildırım onu vurur.
Kövrəlirəm arabir,güc eləyir qəm, qubar.O qədər güldürübsən,bir az ağlat: nə olar!
Kişilər ağlamazlar, –kimsə deyib bir zaman;Məhrum olub o yazıqailə duyğusundan.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-yanasi-getmeyimiz-ele-seadet-imis
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
Nə qədər kim, fələyin sabitü səyyarəsi varNə qədər kim, fələyin sabitü səyyarəsi var,Ol qədər sinədə qəmzən oxunun yarəsi var.