“Dünya oddur”Heraklit

Bakı – mənim qara zəncim,neft qitəsi!Yer üzününqara mazut xəritəsi!Səpələnir gecələrəbu zəncinin ağ gülüşü,həm qızılı, həm gümüşü.Qara büllur məşəl yanıryer üzündəBakı adlı.Hey çırpınır,o, Səməndər quşumuzdurod nəfəsli, od qanadlı.Yaşayırıq neft içində,od içində,qaz içində.Arabir dətüstülərə boğularaq,hifz eləyir bizi torpaq.Xəzər neftin,Xəzər odun içindədir.Odu neftdən alırıq biz,nefti oddan, odu sudan.Qoy çıxmasın bu da yaddan:neft kimiyik elə bir azözümüz də –alışırıq adicə birqığılcımdan;odla, neftlə gübrələnirata-baba torpağımız.Yanğınlarda bitir bizimtaxılımız, pambığımız.Bostanlara alov axırsu yerinəarxlar ilə.Od içində şirələnirüzümümüzqumlar üstə gilə-gilə.Azərbaycanözü boyda bir ocaqdır.O yandıqca yaşayacaq,yaşadıqca yanacaqdır.

O kimisə üşüdəcək,o kimisə yandıracaq,o yanacaq.Gül, ey mənim qara zəncim!Yan, ey mənimQara büllur məşəlim, yan!Yer üzündə yanır qədimbərəkətli bir məmləkət –Azərbaycan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland