Yenə ürəyimdə bir həyəcan var,görün nələr deyir, bir qulaq asın.Babəkin qanından qanımda qan var,çalın, Koroğlunun cəngi susmasın.

Zurnanın zil səsi düşüb dağlara,buludlar dağılır, atlar kişnəyir.“Taraq-taq”, “taraq-taq” – dinir nağara,Qıratmı, Düratmı nallanır nədir?!

Dərin dərələrə selmi tökülür,dolumu ələnir, evlər üstünə?Yoxsa, qoç Koroğlu əl çalıb gülürqaçışan paşalar, bəylər üstünə!

Laylayı anamız çalıb, yatmışıq,cəngi havasıdır ata nəğməmiz.Birində – beşikdə xumarlanmışıq,birində – səngərdə vuruşmuşuq biz.

Birində – süd içdik böyümək üçün,bizə ad verdilər məhəbbət ilə.Birində – and içdik döyüşmək üçün,özümüz ad aldıq şücaət ilə.

O mənim söhbətim, o mənim sazım!Atamın, babamın nəfəsidir o,Çalın, Koroğlunun cəngi susmasın –Xalqımın inqilab nəğməsidir o.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets