Mir Cəlal misal çəkərdi
İş axtarma, adam axtar, –Mir Cəlal misal çəkərdi.Sonra bildim, ustadımıngözü niyə yol çəkərdi.
Tələbənin atasıydı,yerdə Tanrı sədasıydı.“Zaçot” vaxtı qaydasıydı, –soruşmamış qol çəkərdi.
Sayardı, onu sayanda,hörmətə hörmət qoyanda.Ürəyinə yatmayandaəl verməzdi, əl çəkərdi.
Gah xeyiri şər olardı,gah balı zəhər olardı,Amma zəri zər olardı,o zəhərdən bal çəkərdi.
“Hal-əhli” kef eləyəndə,özünü məhv eləyəndə,Nəriman səhv eləyəndə,dərdi Mir Cəlal çəkərdi.
may, 2003
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-mir-celal-misal-cekerdi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yurdumu bürüyüb cəlalın, Urmu,Bundan artıq nədir xəyalın, Urmu?
Baxma şümşada, gözüm, sərvi-xuraman gəz-gəzBaxma şümşada, gözüm, sərvi-xuraman gəz-gəz,Dərmə hər qönçəni, bir qönçeyi-xəndan gəz-gəz.
Çəmənə demə ki, göyərməyəsənÇəmənə demə ki, göyərməyəsən,Dağlara demə ki, qarsız qalasan,
Qadasın aldığımBu bağlara bağban idim, bar, qadasm aldığım.Bəslədibdi dal budaqda nar, qadasm aldığım.