Bizi qananlardan bizi danan çox,Xırda oyunlarda xırdalanan çox,İş görən tək-təkdi, qurdalanan çox,Siz nə umursunuz bu gedişatdan?!

70 il qurulan xarabalar bu,70 il yazılan salnamələr su,Millət qəhrəmanı, ya rus casusu? –Siz nə umursunuz bu gedişatdan!..

Ax namussuz yalan, ax qəddar yalan,Millətə yalmanıb milli olmusan.Elin qeyrətidi ortada talan,Siz nə umursunuz bu gedişatdan?

İstər fitnə göyərt, istər toxum ək,İstər dərd bağışla, istərsə ürək,Ağız-ağızayıq ac canavartəkSiz nə umursunuz bu gedişatdan?

Mən sözün ağası, söz mənim qulum,Mən haqqın yolçusu, haqq mənim yolum,Divar daşı olum, baş daşı olumSiz nə umursunuz bu gedişatdan?

Gündüz kölgələnib, ya günə dinmiş,Sevgi qısırlaşır kin-kinə minmişAllah da şeytanın tərkinə minmişSiz nə umursunuz bu gedişatdan?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love