Xəbər gəlməz səhərimdən,Yük tutmuşam kədərimdən,Bu qanadsız qədərimdənQanad alıb uça biləm.

Dörd yanımda yüz qan-qada,Dünyam özü dönüb yada,Yerdən bir gül əl uzadaOnu məndən uca biləm.

Hansı zülmət yapısıdı,Hansı yolun tapısıdı,Hansı sirrin qapısıdı,Son günümə aça biləm.

Yolsuz zirvə, yolsuz dərə,Ümid olub yol bizlərə,Allah mənə yol göstərə,Bu dərdlərdən qaça biləm...

1994

Çörək bahalaşanda söz ucuzlaşır. Savaş meydanında uduzan bir xalqın şairləri söz meydanında urvatsız görünür. Torpaqla birlikdə ruhumuz da itir. Vətən bütövləşmədikcə sözümüz də bütövləşməyəcək. Bəlkə buna görədi bütün nəğmələrimi yarımçıq sayıram. Ömrümün ən gözəl illərini Azərbaycanın müstəqilliyi, bütövlüyü uğrunda mübarizəyə verdim. Zaman məni irəli aprdıqca duyğularım geriyə çəkir. Atalarımızı, Mirzə Fətəlini, Sabiri, Mirzə Cəlili indi daha yaxşı başa düşürəm. Bununla belə içim işıq və ümidlə doludur. Elə bilirəm əsl şeirlərim bundan sonra, bu işıqdan doğulacaq...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland