Dərd-ölümün elçisiÜrəyimi yesə də bir üzdən,Qeyrəti sıxıb sinəməyaşaram ürəksiz də!Bulud kimi əridiilxı-ilxı köhlənim,Mazğalların kor gözüboş yollara dikili.Dünya sahillərini döyəcləyən dənizimHeç yanda yer tapmasaürəyimə çəkilir.Oyanar vaxtı gəlcəko qeyrət də, o ad da!Təki öz yaddaşımı özüm kəsibatmayım.Ən qəddar düşməni də süpürərəm yolumdan,Təki öz düşmənimdən özüm büt yaratmayım.Ucalığı sevirəm: Ancaq məzar üstə yox,Ondansa bulaq olam, ot olam, yarpaq olam.Hər küləyə əl çalan budaq ola bilmərəm.Səssiz çöllərimizdə bir ovuc torpaq olam!Yaşamaq imtahandı doğulandan ölənə,Ürəyi şüşə kimi daşlara çalır zaman.Qoy Nəsimi sinfinə yazsın mənim adımıƏyilməzlik dərsindən verəcəyim imtahan!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring