Qırıb inamını doğmanın, yadınYıxılana gülmək gör necə asan!Hökm etdin, ayırdın, çapdın, taladın,İndi də ruhuma əl aparırsan...

Mən viran ocaqda titrəyən bir şam,Quduz fırtınadır üstümdən əsən.Elə bil bazarda hərrac malıyamQiyməti qoyasan necə istəsən!

Sən cəllad olsaydın belə yanmazdın,Boynumda baltanın izi bir deyil.Mənə qardaş deyib qəbrimi qazdın,Cəllad sözü birdi! Sözün bir deyil!..

Mən sənin gözündə bir sağmal inək,Daha süd yerinə gələn qanımdı.Allah da bu zülmü götürməyəcək,O da öz səbrindən usanmalıdır.

Elə bilirsən ki donacaq zaman,Qış daim mənədi, yaz sənə çatır?Dünyanı bürüyən imperiyalardanQalan viranələr gör nə haldadır.

Əsrə bir damğadır dilimdəki dağ,Dağın da düzlənən vədəsi çatır.Bülbülü qəfəsə saldılar ancaqKöksündə azadlıq nəğməsi yatır.

Hələ ki tarix də kənardan baxan,Hələ ki, zaman da yaman axsayır.Gündə bir millətin ovuna çıxanCanavar ovunu cinayət sayır.

Tələsmə! Yetişər intiqam vaxtı,Silinər könlümdən illərin qəmi.Qayıdar müstəqil yaşamaq haqqımAğaca yarpaqlar qayıdan kimi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets