Yar
Könül qəmgin, səhraları gəzirəm,Nə insafdı, mən də sənsiz qalım yar.Gözüm görür, yarlı yarın dindirir,İstərəm ki, səndən kamım alım, yar.
Gizlin-gizlin sənlə etdiyim ilqar,İndi bildim sənə yoxmuş etibar,Hər kim versə yardan mənə bir xabar,Şirin canım ona müjdə qılım, yar.
Ayrı düşdüm vətənimdən, elimdən,Bülbülümdən, gülşənimdən, gülümdən,Mən nə dedim, sən incidin dilimdən,Həsrət qaldım, mən dərmədim gülüm yar.
Abbas deyər: tərk eylədim elimi,Bir dərmədim ağ sinəndən gülümü,Arada var çərxi-fələk ölümü,Qoy camalın görüm, ondan ölüm yar.
Kitabxana.az · https://kitabxana.az/en/works/tufarqanli-yar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Eşqin bəzəyibdir yaşıl çölləri,Hələ ki, sevirəm həyat gözəldi.
Rəhi-eşq içrə mənzurum mənim ol tacdarımdırRəhi-eşq içrə mənzurum mənim ol tacdarımdır,Könül mülkündə sultanım, xücəstə şəhriyarımdır.
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,