Bu gecə
Bu od qismətini daşımaq çətin,Bu ruh həsrətini yaşamaq çətin,Bu sel qabağında daş olmaq çətinCanı bədən ilə bağlar bu gecə!
Sən dilsiz duyğunun ballanan dili,Sən sonsuz həsrətin yaxın sahili,Dünya bilməyəni gözlərin bilir,Gözün bildiyini ağlar bu gecə...
Bir anın ovcunda insan bəxtiyar,Bir ahın odunda ömürlər yanar,Dünyanın nə qədər dağ çayları var.Bizim içimizdə çağlar bu gecə.
Bu qılınc, bu da ki əbədi qını,Bu döyüş – bəşərin qansız qırğını,Bu yara öldürməz saxla sarğını,Yaranı çiçək tək qoxlar bu gecə.
Min ömür gələcək yaşımız üstə,Min bahar açacaq qışımız üstə,Bir Ay – çırağını başımız üstəTutub keşik çəkər dağlar bu gecə.
Köhnəlməz paltardı, ərlər geyərsə,Qırılmaz səfərdi – mərdlər yüyürsə,Ölsəm, qəbrim üstə otlar göyərsəŞəklimi gözündə saxlar bu gecə!..
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-bu-gece
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Death
Bilüme müşg saçunı şehâ kemerlenüremNiçe ki gamzen oh ura ciğerde ferlenürem
Ölüm, sevinmə çoxSəməd Vurğuna*Ölüm, şöhrətinmi azalardı de,
Ankarada Məmməd Əmin Rəsulzadənin məzarıDaş üstə yazı: “İnsanlara hürriyyət, millətlərə*istiqlal!”. Son nəfəsində o üç dəfə “Azərbaycan!”*
Cəhalətimdən şikayətVarmı bundan yuxarı uçmağa iste'dadım?Qabiliyyət pərimə zəxm vurub ustadım.