Ay nazənin, dərdin mənim canımıAz qalıb incəldə ay üzə, üzə.Alıbsan əlimdən din-imanımı,Müştaq eyləyibsən ay üzə, üzə

Yar, məskənim astanamı, dərdimi?Kamil bağban gülü bağdan dərdimi?A bimürvət, dərdin mənim dərdimiArtırıb, yetirib a yüzə, yüzə.

Yazıq Ələsgəri oda salıbdı,Fələk gözdən salıb, o da salıbdı.Çeşmə kənarında oda salıbdı,Cumub sona kimi ay üzə, üzə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring