Aparır
Mərd iyidin məclisindən aşıq gəlir, at aparır;Tər tökür, zəhmət çəkir, açır hər büsat, aparır;Bu dünyanın şöhrətidi, demə biisbat aparır;Mərdlərə canım sadağa, zəhləmi bədzat aparır.
Ölmək var, dirilmək var, qail ol miyata, gedən!Qəlbində şeytan mətahın alıb sata-sata gedən!Sirat əl-müstəqimdə tapar səni xata, gedən!Zülm ilə, sələm ilə yığıb, ziyarata gedən!Ziyarata getmək deyil, urusa sursat aparır.
Bilirsən ki, ölüm haqdı, bu nə təlaşdı dünyada?!Kimi gördün ki, qəzadan qurtardı, qaçdı dünyada?!Çoxlarını fələk qoyub gözü qan-yaşdı dünyada.Səxavətsiz dövlət, bilin, barsız ağacdı dünyada;Nəfi yox, zəhməti çox, sel gəlir, afat aparır.
Ovçusan, bərədə dur, maral gəlir, at, keçməsin.Möminsən, qafil olma, vaxtı-ibadat keçməsin.Tülkü gəlib aslan olub, eşşək gəlib at keçməsin.Müxənnəs ilə nakəsin əlinə fürsat keçməsin;Halalı harama qatır, şeytana sovqat aparır.
Sözümün bir parasını saxlamışam, xəlvətdədi;Zamana müxənnət olub, Sur indi müxənnətdədi;Bir az namus gözləyənin axır, boynu kəmənddədi;Dünyada “iyidəm” deyən ölüb, ya qəzəmətdədi;Bu dünyanın ləzzətini, bilin, biqıryat aparır.
Qılışdı qardaşlıqlarım dedi bir dana, vermədi;Çarx dolandı, iqbal yatdı, döndü zamana, vermədi.İsmayıl ilə İrvaham mərdü-mərdana vermədi.Sarıdaşlı Bayramalı qaçdı pünhana, vermədi;Aşığın danasın vermir, yüz manatın tat aparır.
Ələsgərəm, vəsf elərəm, budu təlaşım Xanlara,Şahi-Mərdan kömək olsun əziz qardaşım Xanlara!Hatəm kimi mətləb verir düşəndə işim Xanlara;Nə ki aşıq gördüm deyir: “qurbandı başım Xanlara!”Kimisinə mal bağışlar, kimi yüz manat aparır.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-aparir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bir nazənin huri mələk simalıGəldi, məni gördü, güldü, qayıtdı
Dilbəra, dərdi-dilimdən belə ünvan etdimDilbəra, dərdi-dilimdən belə ünvan etdimKi, qəmi-hicrdə dil mülkünü viran etdim.
SaraArpaçayı aşdı daşdı,Sel Saranı götürdü qaçdı,
Telefon xətlərindəTelefon xətlərində bir səs düşdü dünyayaTelefon xətlərində birləşdi ana, bala.