Ürəyimdə
A bimürvət, nainsafın balası,Mən səni seçmişdim sağ ürəyimdə.Həsrət çəkdim, ortalığa qan əkdin,Qara nöqtə qoydun ağ ürəyimdə.
Mərifət şərbətin içə bilmirəm,Şəriət dəryadı, keçə bilmirəm,Sirr sözüm yadlara aça bilmirəm,Qaldı qiyamətə dağ ürəyimdə.
Ələsgər heç çıxmır qəm libasından,Göz doymur gözünün təmənnasından.Cəhənnəm xofundan, eşq havasındanƏridi, qalmadı yağ ürəyimdə.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-ureyimde
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Axtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
SənətkarAh, nə böyük şərəfdir sənətkar olmaq,Könüllər dünyasından xəbərdar olmaq!
Latın diliLatın dili!Hər sözündə dünya boyda yük daşıyır,
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu