Səni gördüm, əl götürdüm dünyadan,Ala gözlü, qələm qaşlı Güləndam!Alma yanağını, ay qabağınıGörən kimi ağlım çaşdı, Güləndam!

Tovuz kimi şux bəzənib durubsan,Ala gözə siyah sürmə vurubsan.Sağ ol səni, yaxşı dövran qurubsan,Bu dünyanın sonu puçdu, Güləndam!

Heç demirsən, Ələsgərim hardadı?Səbəb nədi, gülün meyli xardadı?!Mənim gözüm sənin kimi yardadı,Hər cəfası mana xoşdu, Güləndam!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets