Hikmət məclisində əyləşən alim,Gəl, səninlə yol-ərkandan danışaq.Ələst aləmindən, qalu bəladan,Nuri-Əhməd yaranandan danışaq.

Kürsü lohü qələm nədən yarandı?Neçə min il gərdiş vurdu dolandı?Nə əmr oldu, qərar tapdı, dayandı?Əvvəl nə xətt yazdı, ondan danışaq?

Təmisah balığın qədəri nədi?Nə yeyir, nə içir, mədarı nədi?Həqiqət qapısının açarı nədi?Onu açıb-bağlayandan danışaq.

Əgər haqq aşıqsan, “meydana gəl” de!Arifsənsə, bu sözlərə “gözəl” de!Farsiyyət bilirsən, şeir-qəzəl de!Ərəbxansan, gəl, Qurandan danışaq!

Ələsgər, qəm çəkmə, Xuda kərimdi!Yetmiş iki yolun hansı qədimdi?Həzrəti-Musanın anası kimdi?Bir xəbər ver, o dövrandan danışaq!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love