Könlüm nəsibi çün ki, bəla qıldı yarədən
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Könlüm nəsibi çün ki, bəla qıldı yarədən,Tabi-bəla gətürmədi, can çıxdı arədən.
Çeşmimdən ey ğəzalə, fəraqində ağlasam,Pərkalələr düşər cigəri-parə parədən.
Könlüm qara qılur yüzini sənsiz ah ilən,Qurtar xuday içün məni bu yüzi qarədən.
Baş ağradur səhər bu müəzzin dedikləri,Yarəb ki, uçursun Tanrı anı minarədən.
Könlündə hiç rəhmi yox ol dilbərün, bəli,Mehri-giyah bitməz olur səngi-xarədən.
Bimarlıq nəhayətə yetdi, gör ey rəqib,Gorü kəfən yəraqı ki, iş ötdü çarədən.
Maqta — the closing couplet bearing the poet’s pen name. Kirpikləri xəyalında, ey Kişvəri yenə,Bağrım bolub kəbabü asıldı qənarədən.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-konlum-nesibi-cun-ki-bela-qildi-yareden
Use ← → keys to move, R for a random poem
More by this author
Ey saçı bənəfşə, yüzü gül, kakili ənbər,Ey hüsni ğəzalə,
Ey bolub eşqdə divanəvü rüsvay könülEy bolub eşqdə divanəvü rüsvay könül,Yüzünə çirmaşib ol zülfi-səmənsay könül,
Gözlərim yüzün görüb xurşidi-taban istəməzGözlərim yüzün görüb xurşidi-taban istəməz,Bir nəfəs keçməz ki, bəzmi-vəsli-canan istəməz.
Yenə boldum məni-divanə rüsvayYenə boldum məni-divanə rüsvay,Göyüb eşq atəşi birlə sərapay.
Poems by other poets · Love
Məhəbbətdə taleyin öz nuru var,Gözəl arzu, saf niyyətdi məhəbbət,
Ey yazıqTa ki sən oldun əsiri vəzi-yarın, ey yazıq,Qarə oldu yar əlindən ruzigarın, ey yazıq!
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.