Ey saçı bənəfşə, yüzü gül, kakili ənbər,Ey hüsni ğəzalə,Zülfün şəbi-zülmatü yüzün mahi-münəvvər,Xəttin anə halə.Yüzün bilə qəddin irür, ey nəxli-behişti,Sən badə içərkən,Andaq ki, gətürdi sanasan şaxi-sənubər,Bir dəsteyi-lalə.Ol səbzeyi-xəttdir ki, ləğindən içədür su,Ey çeşmeyi-heyvanKim, Xızrdan özgə ola bilməz kişi rəhbər,Ol abi-zülalə.İqrar qılıbmən ki, sana bəndədürür mən,Uş mərdümi-didə;Rüxsareyi-zərdim vərəqinə yazadurlar,Qan birlə qəbalə.Fəryadü fəğan eylədim, ey vay ki, yetməz,Fəryadıma heç kim.Kim qəmzə bilə çehel saləmi talar,Bir çardəh salə.Təqvavü vərə’-xəlvətidən çəkdi çıxardı,Mən bəxti-qəranı;Avareyi-səhrayi-cünun eylədi axər,Bir mişki kəlalə.Qul Kişvərini istər isən qurtula bir dəmƏyyami-qəmindən.Lütf eyləgil, ey saqi, ana badeyi-əhmər,Bir dolu piyalə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern