Bir dili qurumuş “kaf”, “lam”, “sad” dedi,Yandı, ürəyimin yağı töküldü.Huş başımdan getdi, ağlım dağıldı,Əlimdə istəkan sağı töküldü.

Abad könlüm yenə oldu tarimar,Köhnə yaralarım eylədi qabar.Qabağımda taam oldu zəhrimar,Sanasan, süfrəmə ağı töküldü.

Ələsgər bağ saldı bardan ötəri,Xəstə könlü ağlar nardan ötəri.Bir gül bəsləyirdi yardan ötəri,Xəzan vurdu, gül yarpağı töküldü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice