Şahmar zülflərini görəndən bəri,Dərdim artıb, dönüb ümmana, Telli!Ay kimi şox salıb ayna qabağın,Çoxların eyləyib divana, Telli!

Görən mail olur hər nizamına,Neçə pərvanələr yanır şamına.Yaraşır libasın gül əndamına,Mən deyirəm mərdü mərdana, Telli!

Yaradan pozmasın bu növrağını,Başatan yandırsın şam-çırağını!Ala gözlərini, gül yanağınıTərsa görsə, gələr imana, Telli!

Ağ buxağın işıqlıdı büllurdan,Ləblərin innabı, dəhanın dürdan,Yaradan xəlq edib bir qətrə nurdan,Düşübsən ellərə nişana, Telli!

Ələsgərəm, şad olmadım dünyada,Səni gördüm, dərdim oldu ziyada.Üzün bəri döndər, ay mələkzada,Səni and verirəm peymana, Telli!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets