Təzə aşnalıqla köhnə dostluğunFərqi var qış ilə yaz arasında.Namərddə qaydadı: kəsər basdığın,Hər kəs hesab çəksin öz arasında.

Qüdrətdən ucalan zülm ilə enməz,Haqdan yanan çıraq bad ilə sönməz.Dost dostdan inciyər, qəlbində dönməz,Olar bir az ərki naz arasında.

Ələsgərəm, qəmü-möhnətdi yüküm,Fil çəkməz bu dərdi, mən necə çəkim?!Haqq ilə nahaqqı axtaran hakimTapar qulaq ilə göz arasında.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets