İbtidada “əlif” – Allah,“Be” – birliyə dəlalətdi.“Te” – təkdi vahidi-yekta,Arif bu elmə bələddi.

“Se” – sabitdi doğru yola,“Cim” – ucadı, bax calala,“He” – mehribandı halala,Münkir ondan xəcalətdi.

“Xe” – birdi xaliqi-əkbər,“Dal” – doğru doqquz fələklər,“Zal” – zikr eylə dildə əzbər,“Re” – rəsulumuz Əhməddi.

“Ze” – zəbanı aç xudaya,“Sin” – salam et, getməz zaya,“Şin” – şövq elə o mövlaya,Qeyri söhbət məsiyətdi.

“Sad” – səbri şahi-heydərə,“Zad” – zərbin vurdu Əntərə,“Ta” – tərif çıxdı göylərə,Ağam kani-şücaətdi.

“Za” – zülm edəcək düşmənə,“Eyn” – həyati-çeşmanə,“Ğeyn” – ğül-ğüli-dövranə,“Fe” – fəna, “qaf” – qiyamətdi.

“Kaf” – “kun” ilə tutub qərar,“Lam” – lal, necə hesab verər,“Mim” – möminə yol göstərər,Ismi-paki Məhəmməddi.

“Nun” – nida eylər hər zaman,“He” – hamıya yetər fərman,“Vav” – vay deyər, yatma, oyan,Sanma səhni-zərafətdi.

“Lam – əlifla” – birdi Allah,“Ye” – yekdi adil padişah.Ələsgər, tutduğun günahBağışlansa, çox hörmətdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love