El yeridi, yalqız qaldın səhrada,Çək əstərin, çal çatığın çata-çat.Hərcayılar səni saldı irağa,Həsrət əlin yar əlinə çata-çat.

Qışda dağlar ağ geyinər, yaz qara,Sağ dəstinlə ağ kağıza yaz qara.Əsər yellər, qəhr eyləyər yaz qara,Daşar çaylar, gələr daşlar çata-çat.

Ələsgərin xəddi çıxdı çal indi,”Hey”i «yey”ə, «dal»ı «rey»ə çal indi,Hərcayının kəlləsindən çal indi,Çal çəngəlnn, çək ciyərin çata-çat.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets