Abbasdan Heydərə şikayətim var,Göyüş təsdiq edə, hər mahal bilə.İyid cavanlıqda dəli gərəkdi,Qocaldıqca mərfət tapa, hal bilə.

Ağıldan nöqsanlı, kamaldan azam,Haçan olsa, Göy Aşıqdan mən sazam.Istəyirəm, sana bir dastan yazam,Qubernat eşidə, yaranal bilə.

Yazıq Ələsgərəm, abdal olmuşam,Seçilib cövhərdən zülal olmuşam,Sən ağ çalsan, mən də göy çal olmuşam,Lazımdı ki, çalın qədrin çal bilə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice