Dünyada
Sirat, sual qabaqdadı,Nədamətdı dünyada!Kəlməyi-şəhadət lazımdı,Ölən vaxtı dünyada.Tut orucun, qıl namazın,Şükür eylə Allaha.Qul olma dünya malına,Qalacaqdı dünyada.
Yalan deyib, qeybət etmə,Rəhmin gəlsin canına.Öz-özünə fəxr eləyib,Baxma şövkət-şanına.Əzrayıl əlində çəngəl,Gələcəkdi yanına.Qəzəbindən gül irənginSolacaqdı dünyada.
Şagiridlikdə can çürütdüm,Hərgiz ustad olmadım.Nəfs öldürdüm, düz dolandım,Dostumdan yad olmadım.Ələsgərəm, qan ağladım,Ölüncə şad olmadım.Əzəl gündən fələk mənəQara baxdı dünyada.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-dunyada-2
Use ← → keys to move, R for a random poem
More by this author
Xudam səni nə xoş gündə yaradıb,Meylim axır sana sarı, görəndə.
Sayılam, məniBaşına döndüyüm, ay telli sənəm,Qovma dərgahından, sayılam, məni!
Sini-sinHicran düşgünüyəm, gözəl müştağı,Axtarıram bu dünyanı sini-sin.
Yaradar məniXudam məni, səni yoxdan yaradıb,Sən də bircə milçək yarat, ərməni!
Poems by other poets
Sənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Cahan bağında, ey bulbul, Nigari kimi yar olmazCahan bağında, ey bulbul, Nigari kimi yar olmaz,Mənim tək sinəsi gul-gul bulunmaz, dağidar olmaz.
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,