Gəda
Gizlin sirrin, nahaq yerə,Gizlətdin xandan, gəda!Ah çəkər, nalə eylərsən,Can gedər candan, gəda!Etiqadla, sidq-dilləÇağır şahlar şahını;Nahaq işdi, dilək dilərİnsan insandan, gəda!
Al çətirin, çıx səhraya,Sal sərinə saya, gəz;Qədər sənlə gəzəcəkdi,Istər gir dəryaya gəz.Sakin əyləş sin içində,Həqiqətdən ayə gəz;Ağ eylə sinən aynasınŞəri-şeytandan, gəda!
Ələsgərlə danışanda,Al əlinə saz, danış.Inci, səni istəyənləEylə ərki-naz, danış.Əyləşəndə, ağır əyləş,Danışanda, az danış;Eşidənlər “əhsən!” desinSana hər yandan, gəda!
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-geda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ölməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
CanımAy ariflər, nə kəmtale qul oldum,El içində haqqı zay olan canım.
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbərApardı könlümü bir xoş qəmərüz canfəza dilbər,Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.